“Biz bu axmağı özümüzə rəhbər seçməməli idik”backend

"Biz bu axmağı özümüzə rəhbər seçməməli idik"

“Hətta bağça uşaqları da bilir ki, Tavuş ərazilərinin əhəmiyyəti ölkəmizin təhlükəsizliyi üçün nədir. Doğrudur, artıq gecdir. Biz boş-boşuna danışırıq. Bütün bunların bir faydası varmı?”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, keçmiş baş hərbi inspektor Movses Akopyan bildirib.

O daha sonra bunları vurğulayıb: “Bu iqtidarlara gərək hər şeyin əksini deyəsən. Yəni bilsəydik, lap əvvəldən bildirirərdik ki, torpaqları düz edibverirsən. Bəlkə belə deyəndən sonra Paşinyan hökuməti başqa cür hərəkət edəcəkdilər və ərazilərimizi verməyəcəkdilər? Çünki onlar hər şeyin əksini edirlər.

Sözlərimə təəccüblənməyin. Mən bütün bunları üç il əvvəl qeyd etmişəm. Üç ildir ki, eyni məsələlərdən danışıram. İndi də deyirəm, bu iş Tavuşla bitməyəcək. Müsahibələrimi açın, onları bir-bir oxuyun, görərsiniz ki, mən haqlıyam.

İndiki vəziyyətdə biz nə etməliyik? Xalq belə bir axmağı özünə rəhbər seçməməli idi. Rəhbərlik etməyi bacaran bir insan lazım idi bizə. Xalq qərar verməlidir ki, onlara kim rəhbərlik etsin. Hardasa xalqın da günahı var bütün bu olan hadisələrdə. Ona görə də təəccüblənməyin. Xalq yendiən onu seçdi. Nikol da ürəyi istədiyi kimi ölkəni idarə edir”.

Natiq Səlim,

KONKRET.az

  • Vazeh
    Aprel 4, 2024 - 12:29

    Rusiyanın Ermənistandakı köhnə agenti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*