“Biz buna dözməli olacağıq” – İşçenko tezliklə dolların aqibətinin necə olacağından DANIŞDIbackend

“Biz buna dözməli olacağıq” - İşçenko tezliklə dolların aqibətinin necə olacağından DANIŞDI

Politoloq Rostislav İşçenko yaxın vaxtlarda dolların hansı aqibətlə üzləşə biləcəyi haqda proqnoz verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, politoloq Vaşinqtonun düşdüyü situasiyadan da danışıb. O, ABŞ-ın beynəlxalq aləmdə baş verən geosiyasi hadisələr fonunda iqtisadi mövqelərini itirməyə başladığını deyib.

Politoloq dolların uzun illər dünyanın ehtiyat valyutası kimi çıxış etdiyini deyib. Amerika maliyyə alətinin bu mövqeyinin ABŞ-a öz iqtisadiyyatını əhəmiyyətli dərəcədə gücləndirməyə, eləcə də digər ölkələrə geosiyasi təsir göstərməyə imkan verdiyini dilə gətirib. Amma indi Vaşinqtonun öz mövqelərini itirəcəyini diqqətə çatdırıb. Bunu dolların yaxın gələcəkdə dünya ehtiyat valyutası statusundan məhrum olacağı ilə əlaqələndirib.

Politoloqun fikrincə, indiki mərhələdə dünyada geosiyasi istiqamətlərdə dəyişiklik müşahidə olunur. Beləliklə, beynəlxalq münasibətlərdə öz qaydalarını tətbiq etməyə çalışan ABŞ hegemon mövqeyini itirərək uğursuzluğa düçar olacaq. Dünya liderinin yerini iqtisadi proseslərə ciddi təsir göstərə bilən bir neçə ölkə tutacaq. Söhbət Rusiya, Çin, Hindistan və Avropa İttifaqı dövlətlərindən gedir.

İşçenko əlavə edib ki, Beynəlxalq aləmdə baş verən geosiyasi hadisələr ABŞ valyutasına ciddi təsir edəcək. Beləliklə, dollar etibarlı maliyyə aləti statusunu itirəcək. Amerika iqtisadiyyatında başlayan problemlər əslində “dollar imperiyası”nı məhv edəcək və bu, yeni beynəlxalq ehtiyat valyutanın formalaşmasına gətirib çıxaracaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*