“Biz də ABŞ-nin düşmənlərini silahlandıracağıq” – Medvedevdən AÇIQLAMAbackend

“Biz də ABŞ-nin düşmənlərini silahlandıracağıq” – Medvedevdən AÇIQLAMA

“Biz Ukraynanın Rusiyaya qarşı silahlandırılmasına cavab olaraq ABŞ-nin istənilən düşmənini silahlandıra bilərik”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev Rusiya prezidenti Vladimir Putinin bu məsələ ilə bağlı ifadə etdiyi mövqeyi şərh edərkən deyib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, “qoy indi ABŞ və onun müttəfiqləri üçüncü tərəflərin Rusiya silahlarından birbaşa istifadə etdiyini hiss etsinlər”.

“Onların düşməni ABŞ-dir, bu isə o deməkdir ki, onlar bizim dostumuzdur. Və biz ümumi düşmənlərimizə silahlarımızla endirilən uğurlu zərbələrə sevinəcəyik”, – deyə Medvedev vurğulayıb.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*