Biz Ukrayna yolu ilə Avropaya inteqrasiya ediləcəyik – Tevanyanbackend

Biz Ukrayna yolu ilə Avropaya inteqrasiya ediləcəyik - Tevanyan

“Nikolun gücü yalan üzərində qurulub”.

Bu barədə Ermənistanın “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan feysbuk səhifəsində yazıb.

O, hakim iqtidarın siyasətinin yalan tezislər üzərində qurulduğunu bildirib.

Tevanyana görə, onlardan bəziləri:

““Ermənistan Aİ-yə üzv olacaq və xoşbəxt yaşayacaq”

Bu, yalandır. Çox təhlükəli yalan. Qərbin Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı proqramı yoxdur. Biz Ukrayna yolu ilə Avropaya inteqrasiya ediləcəyik.

“KTMT-dən çıxsaq, Qərb və NATO Ermənistanın təhlükəsizliyini təmin edəcək”

Yalan. NATO-nun baş katibi Bakıda və İrəvanda nəyin nə olduğunu açıq şəkildə göstərdi və etiraf etdi ki, onlar Ermənistanın təhlükəsizliyinin təmin edilməsi problemini həll etməyəcəklər.

“Ermənistan KTMT-dən deyil, KTMT Ermənistandan çıxır”

Yalan. 2022-ci il oktyabrın 6-da Paşinyan KTMT-dən çıxmaq, Rusiyanı Türkiyə ilə əvəzləmək siyasətini rəsmən qəbul edib. Bu (hakimiyyət) “biz Qərbə doğru gedirik” dedikdə, bu, əslində Ermənistanın Türkiyənin tabeliyində olması deməkdir.

“Ermənistan Başkəndin qaytarılması məsələsini qaldırır”

Azərbaycan heç Başkəndin mümkün qaytarılmasından danışıbmı? Yox. Nikol Paşinyan eksklüziv olaraq güzəştlərdən və təslim olmaqdan danışır.

“Ermənistan Avropaya inteqrasiya edir”

Yalan. Paşinyan Ermənistanı Türkiyənin təsiri altına göndərir.

Yeri gəlmişkən, Avropa İttifaqına inteqrasiya edən Ermənistanda Aİ-yə üzv olan ölkələrə giriş vizasının alınması prosesi xeyli mürəkkəbləşib və korrupsiya mənbəyinə çevrilib. Avropa dəyərlərini geosiyasi vektor seçimi ilə qarışdırmaq olmaz. Ukrayna nümunəsi qarşımızdadır”.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*