Xersonu qaytarırıq – Zelenski / VİDEObackend

Xersonu qaytarırıq - Zelenski / VİDEO

Ukrayna Silahlı Qüvvələri Xersona nəzarəti bərpa edib.

KONKRET.az xəbər verir ki, bunu prezident Vladimir Zelenski həmvətənlərinə müraciətində deyib. “Bu gün tarixi bir gündür. Biz Xersonu qaytarırıq”, – deyə Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, bu gün Ukrayna ordusunun bölmələri Xersonun kənarındadır, lakin xüsusi təyinatlılar artıq şəhərdədir.

“Xerson əhalisi gözləyirdi. Ukraynanı heç vaxt tərk etməyib. Ukraynaya ümid həmişə özünü doğruldur və Ukrayna həmişə öz ümidini qaytarır”, – deyə Zelenski bildirib.

Dövlət başçısı Ukraynanın düşmən tərəfindən işğal olunmuş bütün ərazilərinin azad ediləcəyinə əminliyini ifadə edib.

Prezident cənubda hücum əməliyyatını təmin edən Ukrayna Silahlı Qüvvələrinin bütün hərbçilərinə təşəkkür edib.

Ukrayna Prezidenti həmçinin öz Teleqram kanalında Ukrayna hərbçiləri tərəfindən Xersonda çəkilmiş və yerli sakinlərin şüarlar səsləndirdiyi videonu da yerləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*