Tanınmış amerikalı iş adamı İlon Mask yenidən Twitter-i almaq istəyir.
KONKRET.az xəbər verir ki, o, Twitter sosial şəbəkəsinə şirkəti almaq üçün sövdələşməni bərpa etməyi təklif edib. Bildirilir ki, iş adamı ilkin şərtləri saxlamaq istəyir – hər səhm üçün 54,2 dollar.
Bu xəbərlər fonunda sosial şəbəkənin səhmləri bir anda 15% bahalaşaraq 49 dollar olub.
Xatırladaq ki, biznesmen aprelin sonunda Twitter-i 44 milyard dollara almağa razılaşıb. Eyni zamanda o, hüquqların ona verilməsindən sonra Twitter-i qlobal platformaya çevirəcəyini vəd edib. May ayında saxta Twitter hesablarının sayı ilə bağlı məlumatların yoxlanması səbəbindən sövdələşmənin dayandırıldığı bildirilib. Şirkət rəhbərliyi buna cavab olaraq Maskı məhkəməyə verib. Onların fikrincə, Tesla və SpaceX-in yaradıcısı Kaliforniya qanunlarını pozaraq bazarı manipulyasiya edib.
Günel Mikayılova,
KONKRET.az
