Aktyor, səyahət bloqeri Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, bloqer Tural Ələkbərov 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərindən paylaşım edərək tarixi Qələbənin sevincini izləyiciləri ilə bölüşüb.
O, səfəri çərçivəsində Qarabağ Universitetində də olub, ali təhsil müəssisəsinin fəaliyyəti, müasir infrastrukturu və burada yaradılan təhsil imkanları ilə yaxından tanış olub.
Bloqerin paylaşımı Azərbaycanın tarixi Zəfərinin, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin və Qarabağda yeni həyatın ictimaiyyətə çatdırılması baxımından əhəmiyyət daşıyır.
