BMT-dən Pakistana çağırış: “İmran Xanı dərhal azad edin!”backend

BMT-dən Pakistana çağırış: "İmran Xanı dərhal azad edin!"

“Pakistanın keçmiş baş naziri İmran Xan dərhal azad edilməlidir”.

KONKRET.az xəbər verir ki, bu tələblə BMT-nin Əsassız Həbslər üzrə İşçi Qrupu çıxış edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Özbaşına Həbslər üzrə İşçi Qrupu Pakistanın keçmiş baş naziri İmran Xanın həbsini beynəlxalq hüququn pozulması kimi dəyərləndirib və Xanın dərhal azad edilməli olduğunu bildirib.

BMT-nin Özbaşına Həbs İşçi Qrupundan verilən açıqlamada deyilir ki, Xanın həbsxanada ən qısa zamanda azad edilməsi üçün lazımi addımların atılması tələb edilib. Bəyanatda beynəlxalq hüquqa uyğun olaraq Xana təzminat ödənilməsi vurğulanıb. Sabiq baş nazirin həbsxanada “özbaşına” saxlanıldığı iddia edilib:

“Xana qarşı irəli sürülən ittihamların hüquqi əsası yoxdur. İttihamlar və məhkəmələr onu göstərir ki, onun seçkilərdə iştirakına mane olmaq üçün siyasi motivli həbs qərarı verilib”.

Bəyanatda o da deylir ki, Pakistandan Xanın özbaşına azadlıqdan məhrum edilməsi ilə bağlı hallar tam və müstəqil araşdırılmalı və onun hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı lazımi tədbirlər görülməlidir.

ABŞ Dövlət Departamentinin sözçüsü müavini Vedant Patel gündəlik mətbuat brifinqində bir jurnalistin sualına verdiyi cavabda İmran Xan məsələsinin Pakistanın daxili işi olduğunu bildirib.

“Biz Pakistanı insan hüquqlarına və əsas azadlıqlara, o cümlədən ifadə azadlığı, birləşmək azadlığı, dinc toplaşmaq azadlığı və din azadlığına hörmət etməyə çağırırıq”, – Patel bildirib.

Qeyd edək ki, keçmiş baş nazir Xana qarşı daha əvvəl dövlət sirrini açmaq və qeyri-qanuni nikahda olmaq kimi ittihamlarla iddia qaldırılmışdı. Xan mühakimə olunan müxtəlif işlərə görə 5 avqust 2023-cü ildən həbsdədir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*