Ukrayna böhranı, iqlim dəyişikliyi ilə mübarizə, koronavirus pandemiyası beynəlxalq aləmi yaxın aylarda sınaqdan keçirəcək.
KONKRET.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.
“Dünya indi təhlükə ilə üz-üzədir. Ukraynadakı müharibədən iqlim dəyişikliyi böhranının dərinləşən təsirinə, pandemiyadan humanitar ehtiyaclara, aclıq və yoxsulluğa qədər, qarşıdan gələn aylar beynəlxalq sistemi sınaqdan keçirəcək”, – Quterreş bildirib.
