BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Efiopiyada humanitar missiya tərəfindən bağışlanan ərzaqların oğurlanması faktını araşdırır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ÜƏP-in Efiopiya bölməsinin rəhbəri Klod Cibidarın humanitar tərəfdaşlara ünvanlanmış məktubunda bildirilib.
“Humanitar ərzaqların oğurlanması və təxribatın qarşısını almaq üçün təcili tədbirlər görmək çox vacibdir”, – məlumatda deyilir.
Bildirilib ki, məktub aprelin 5-də yazılıb. Burada konkret oğurluq hallarından bəhs edilmir. Bununla belə, iki yardım işçisi 100 min insana kifayət edəcək ərzaqın oğurlandığını açıqlayıb.
Qeyd edək ki, Efiopiyada 20 milyon insan quraqlıq və ölkə daxilindəki qarşıdurmalar səbəbindən humanitar yardımdan asılıdır.
İqbal Rzayev,
KONKRET.az
