Bolqarıstan 6 Rusiya vətəndaşını axtarışa verdi – SƏBƏBbackend

Bolqarıstan 6 Rusiya vətəndaşını axtarışa verdi - SƏBƏB

Bolqarıstanın istintaq orqanları 2011-2020-ci illərdə silah-sursat anbarlarında və silah fabriklərində törədilən dörd partlayışda iştirak etdiyi güman edilən altı rusiyalını terrorizm ittihamı ilə axtarışa verib. Sofiya prokurorluğu şübhəlilərin adlarını açıqlamayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Deutsche Welle məlumat yayıb.

İstintaq zamanı müəyyən edilib ki, saxta adlar altında Bolqarıstana səfər etmiş 6 Rusiya vətəndaşı silah istehsal edən müəssisənin məhsullarının partladılmasında iştirak edib. Onlara 2021-ci ildə terrorizm maddəsi ilə ittiham irəli sürülüb.

Prokurorluq qeyd edir ki, bu işin istintaqı çərçivəsində Bolqarıstan vətəndaşlarının partlayışlarda mümkün iştirakı da araşdırılır.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, 2011, 2015 və 2020-ci illərdə silah-sursat anbarlarında törədilən dörd partlayışın hədəfi iş adamı Emilian Gebrevə məxsusdur. Həmin silahların Gürcüstan və Ukraynaya göndəriləcəyi planlaşdırılıbmış.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*