“Bona Dea” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsi ilə protokol tərtib edilib.
İş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır.
Qeyd: Şirkətin tərkibində “Bona Dea International” hospitalı fəaliyyət göstərir
