Boris Conson daha neçə il baş nazir olacaq? – ÖZÜ AÇIQLADIbackend

Boris Conson daha neçə il baş nazir olacaq? – ÖZÜ AÇIQLADI

Böyük Britaniyanın baş naziri Boris Conson 2030-cu illərin ortalarına qədər vəzifəsində qala biləcəyini düşünür.

KONKRET.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti yazır.

Bildirilir ki, baş nazir bunu Ruandada Millətlər Birliyinin zirvə görüşündə bəyan edib.

“Mən üçüncü dəfə seçilmək və ondan sonra nə baş verə biləcəyi haqqında düşünürəm. Amma bunu vaxtı gələndə qiymətləndirəcəm”, – baş nazir qeyd edib.

Böyük Britaniyanın baş nazirinin səlahiyyət müddəti parlament və ya kraliça tərəfindən xitam verilmədiyi halda, beş ildir. Britaniyada növbəti parlament seçkiləri 2025-ci il yanvarın 24-dən gec olmayaraq keçirilməlidir. Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*