“Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyan ilk erməni liderdir” – Borrellbackend

"Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyan ilk erməni liderdir" - Borrell

“Hər iki tərəf (Ermənistan və Azərbaycan. – Red.) konkret təzahürlərdə bir-birinin ərazi bütövlüyünü tanıdı və ilk dəfə – və çox güman ki, bu fakt çox vacibdir – Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi qəbul etdi”.

KONKRET.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell belə deyib.

O bildirib ki, Paşinyan bunu çox aydın ifadə etdi:

“İlk dəfədir ki, Ermənistanın Baş naziri Qarabağı Azərbaycan ərazisi kimi tanıdı”, – deyə Borrell əlavə edib.

Aİ diplomatiyasının rəhbəri ümid etdiyini bildirib ki, Bakı Paşinyanın mesajını qəbul edəcək və Qarabağ ermənilərinə onların hüquqları ilə bağlı aydın mesaj göndərəcək:

“Onlara təhlükəsiz mühitdə yaşamaq imkanı yaradılacaq. Bu, danışıqlar prosesinin digər məqamları ilə paralel olaraq həyata keçirilməli məsələlərdən biridir”, – deyə Josep Borrell bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*