Böyük Britaniyadan “Aeroflot”, “Rossiya” və “Ural” Hava Yollarına qarşı SANKSIYAbackend

Böyük Britaniyadan "Aeroflot", "Rossiya" və "Ural Airlines " Hava Yollarına qarşı SANKSIYA

Böyük Britaniya hökuməti Rusiyanın aviasiya sektoruna qarşı yeni sanksiyalar elan edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya xarici işlər naziri Liz Truss deyib.

Belə ki, “Aeroflot”, “Ural Airlines” və “Rossiya” artıq Britaniya hava limanlarında istifadə olunmayan gəlirli yerlərini sata bilməyəcək.

Bildirilir ki, bu, Rusiyanın təxminən 50 milyon funt-sterlinq pulu nağdlaşdırmasının qarşısını alacaq.

“Putin Ukraynaya qarşı vəhşi hücumunu davam etdirdikcə, biz də Rusiya iqtisadiyyatına hücum etməyə davam edəcəyik. Artıq hava məkanımızı Rusiya aviaşirkətlərinin üzünə bağlamışıq. Bu gün biz əmin olacağıq ki, onlar bizim hava limanlarında sərfəli yerlərini nağdlaşdıra bilməyəcəklər. Hər bir iqtisadi sanksiya bizim Putinə açıq mesajımızı gücləndirir. Ukrayna qalib gələnə qədər biz dayanmayacağıq”, – deyə Liz Truss bildirib.

Qeyd edək ki, Böyük Britaniya daha əvvəl Rusiyaya hava məkanını bağlayıb, aviasiya malları və texnologiyalarının ixracını qadağan edib.

Həmçinin Avropa Komissiyası hava təhlükəsizliyinə görə Rusiyanın 20 aviaşirkətini qara siyahıya salıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*