Böyük Britaniyadan Rusiyaya açıq hədə: “Krım müharibəsini təkrarlayarıq”backend

Böyük Britaniyadan Rusiyaya açıq hədə: “Krım müharibəsini təkrarlayarıq

“Londonun həmişə dünyanın istənilən yerində Moskvanın maraqlarına zərbə endirərək ona “təpik vurmaq” imkanı var”.

KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

“Hələ 1853-cü ildə Krımda, Şotlandiya qvardiya alayı çar I Nikolayı “təpikləmişdi”. Biz həmişə bunu təkrarlaya bilərik. İndi Vladimir Putin I Nikolayın səhvini təkrarlayır. Həmin vaxtda da çarın heç bir dostu və müttəfiqi yox idi”,-deyə Ben Uolles söyləyib.

Xatırladaq ki, Rusiyanın Türkiyəni işğal etmək istəyindən doğan Krım müharibəsi 1853-1856-cı illərdə baş verib. Müharibə Rusiya imperiyasının ağır məğlubiyyəti ilə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*