UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” ilə qarşılaşacaq “Braqa” Bakıya gəlir.
KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.
Xatırladaq ki, ilk matç qarabağ “atlıların” 4:2 hesablı qələbəsi ilə başa çatıb.






