Braziliya Rusiyanı ötüb keçdi – SON RƏQƏMLƏRbackend

Braziliya Rusiyanı ötüb keçdi - SON RƏQƏMLƏR

Cənubi Amerika koronavirusun yeni episentri elan edilib.

KONKRET.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə vəziyyətlər proqramının direktoru Maykl Rayan deyib.

Onun sözlərinə gör, bir çox ölkələr izlənir və Cənubi Amerikada bu rəqəm həddən artıq çoxdur. Ən çox yoluxma halı isə Braziliyada qeydə alınıb.

Belə ki, Braziliyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 332 mindən çox təşkil edir. Son məlumatlara görə, ümumilikdə Rusiyada 326 mindən çox yoluxma hadisəsi aşkar edilib.

Son bir gündə Braziliyada 20 803 nəfər virusa yoluxub. Eyni zamanda Cənubi Amerika ölkəsində ölənlərin sayı gündə 1 492 nəfər artaraq 21 116-ya çatıb. Rusiyada 3 249 nəfər vəfat edib, 100 000-ə yaxın insan sağalıb.

Rayan qeyd edib ki, ÜST Braziliyaya COVİD-19-la mübarizədə kömək edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*