Britaniya Rusiya platininə və palladiumuna  rüsum TƏTBİQ ETDİbackend

Britaniya Rusiya platininə və palladiumuna  rüsum TƏTBİQ ETDİ

Böyük Britaniya Rusiya və Belarusdan platin, palladium və kimya məhsulları da daxil olmaqla 1,4 milyard funt sterlinq dəyərində bir sıra yeni malların idxalına 35 faiz artırılmış rüsumlar tətbiq edəcək. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında yayılan məlumatda bildirilib:

“İndi ixrac-idxal sanksiyaları dəyəri 4 milyard funt sterlinqdən çox olan mallara şamil olunacaq. Bu Putinin hərbi məqsədlərinə böyük zərbə vuracaq. Müttəfiqlərimizlə sıx əməkdaşlıq edərək, biz Putinin planlarını puça çıxara bilərik”.

Belə ki, Britaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, növbəti sanksiyalar paketinin tətbiqindən sonra krallığa Rusiyadan idxal edilən malların 96%-nə (qızıl və enerji istisna olmaqla) və Britaniyanın Rusiyaya ixracının isə 60%-nə məhdudiyyətlər tətbiq olunacaq. Britaniya hökuməti Rusiyadan olan bütün ixracatçıları alternativ təchizat mənbələri tapmağa təşviq edir.

Qeyd edək ki, martın ortalarında Britaniya hakimiyyəti bir sıra Rusiya mallarının ölkəyə idxalına əlavə 35 faiz rüsum tətbiq edib. Onların arasında mis, dəmir, polad, gübrə, ağac, şin, sement, alüminium, gümüş, qurğuşun, dəmir filizi, içkilər, o cümlədən araq, sirkə, dənli bitkilər, yağlı toxumlar, kağız, heyvan dəriləri, süni dərilər və.s daxildir.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*