Britaniya XİN: “İran heç vaxt nüvə silahına malik olmamalıdır”backend

Britaniya XİN: "İran heç vaxt nüvə silahına malik olmamalıdır"

“İran heç vaxt nüvə silahına malik olmamalıdır”.

KONKRET.az İHAya istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İranın uranı zənginləşdirməyə başladığını elan etdikdən sonra bildirib.

“İran nüvə proqramını daha da genişləndirir. Bu, rejimin qlobal təhlükəsizliyə yaratdığı təhlükənin daha bir sübutudur. Öz xalqına daxildə vəhşicəsinə zülm edən bir rejim, şübhəsiz ki, xaricdəki dost və müttəfiqlərimizi hədələyəcək”, – britaniyalı nazir deyib.

Qeyd edək ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İdarə Heyətinin İrana qarşı qəbul etdiyi qərara cavab olaraq uranı yüksək səviyyədə zənginləşdirməyə başladığını açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*