Böyük Britaniyanın yeni baş naziri Endi Börnham Ağ Ev administrasiyasının rəhbəri Syuzi Uaylz kimi özünü təqdim edən naməlum şəxslə bir neçə dəfə mesajlaşıb.
KONKRET.az xəbər verir ki, bu barədə POLITICO məlumat yayıb.
Börnham bir müddət sonra yazışdığı şəxsin həqiqətən Uaylz olmadığına şübhə edib və məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Hadisənin ciddiliyinə görə Böyük Britaniyanın Vaşinqtondakı səfirliyi də Ağ Evi məlumatlandırıb.
Bununla belə, Britaniya hökumətindəki mənbələr yazışmaların məzmununun əhəmiyyətli olmadığını bildiriblər. Rəsmi London isə milli təhlükəsizlik məsələləri ilə bağlı şərh verməkdən imtina edib.
Yazışmaların dəqiq nə vaxt aparıldığı və tərəflərin konkret olaraq nələri müzakirə etdiyi açıqlanmayıb.
Qeyd edək ki, Syuzi Uaylz Donald Trampın Ağ Evdəki aparat rəhbəridir və daha əvvəl də onun adından istifadə edən şəxslərin amerikalı siyasətçilər və biznes nümayəndələri ilə əlaqə yaratdığı bildirilmişdi.
Natiq Səlim,
KONKRET.az
