Brüssel görüşü növbəti xəyanətdir – Aşotyanbackend

Brüssel görüşü növbəti xəyanətdir - Aşotyan

“Brüssel görüşü növbəti xəyanətdir”.

KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” Partiyasının sədr müavini Armen Aşotyan “Facebook”da yazıb. O, Brüssel görüşünün Qarabağ üçün son nöqtə olacağını bildirib.

“Brüsseldəki görüş, proqnozlaşdırdığım kimi, Nikolun nəhayət, Qarabağdan birdəfəlik əl çəkməsi üçün əsas olacaq.

Şarl Mişel xülasəsini dərc edib, onun bir paraqrafını sizə təqdim edirəm:

1. Faktiki Azərbaycanın tələbi yerinə yetirilir: tərəflər “sülh sazişi” hazırlamağa başlayır və bir ay ərzində xarici işlər nazirləri mətn layihələri üzərində işləmək üçün bir araya gələcəklər.

2. Qeyd olunan bənddə bu razılaşmanın Qarabağ məsələsinə aid edilməyəcəyi açıq-aşkar görünür. Yəni rəsmi İrəvan Qarabağdan imtina edərək onu Rusiyaya verir və ya taleyin ixtiyarına buraxır, yaxud Azərbaycan tərəfinə “parçalanmağa” verir.

3. Yeri gəlmişkən, əgər əvvəlki görüşün yekunlarına dair bəyanatda “Dağlıq Qarabağ” “Qarabağ” olubsa, indi bu barədə ümumiyyətlə heç bir söz yoxdur ki, bu da Bakının nöqteyi-nəzərini bir daha tam ifadə edir.

Xülasə, qeyd edirəm ki, bu, növbəti vətənə xəyanətdir”, – deyə Aşotyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*