“Brüsseldəki görüş regionda qarşıdurmanın kəskinləşməsinə səbəb olacaq” – Sarkisyanbackend

"Brüsseldəki görüş regionda qarşıdurmanın kəskinləşməsinə səbəb olacaq" - Sarkisyan

“Qərblə Rusiya arasında gərgin münasibətlər kontekstində Brüssel görüşü regionumuzda bu qarşıdurmanın kəskinləşməsinə gətirib çıxaracaq”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

O, baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasında aprelin 5-də Brüsseldə gözlənilən görüşə toxunaraq əlavə edib:

“Fərqli geosiyasi şəraitdə belə bir görüş Ermənistan üçün faydalı ola bilərdi. Lakin indi, Qərblə Rusiya arasında qarşıdurma vəziyyətində, belə bir görüş, şübhəsiz ki, regionumuzda gərginliyə gətirib çıxaracaq.

Şayiələr var ki, guya bizə pul vəd edəcəklər. Aİ və ABŞ Ermənistan hökumətindən Ermənistanda əsl demokratiyanın bərqərar olmasını, siyasi məhbusların azad edilməsini, korrupsiyaya qarşı real mübarizənin aparılmasını tələb etməlidir”, – deyə Serj Sarkisyan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*