Sehr dünyasında yeni dövr: Köhnə qaydalar dəyişir, yeni ənənələr yaranırbackend

Sehr dünyasında yeni dövr: Köhnə qaydalar dəyişir, yeni ənənələr yaranır

Hazırda biz tarixin və zamanın özünəməxsus dönüş nöqtəsində dayanmışıq. Elə bir dövrdür ki, hər şey kökündən dəyişir, reallığın köhnə qatları sanki tikişlərindən sökülür, sehrin qayda və qanunları yenidən yazılır.

Belə keçid mərhələlərində nadir fürsətlər yaranır. Sanki yeni qapılar açılır. Bu qapılardan keçməklə insan yalnız öz şəxsi yolunu dəyişmək deyil, daha böyük bir missiyanı həyata keçirmək imkanı qazanır: yeni cadugər nəslinin əsasını qoymaq.

Məhz indi praktikantlar gələcək nəslin qurucuları olmaq şansı əldə edirlər. Gələcəkdə özünəməxsus biliklərin, sehr sənətinin, varisliyin və nəsildən-nəslə ötürüləcək ənənənin söykənəcəyi təməli yaratmaq imkanı yaranır.

Fürsət pəncərəsi: Vaxt azalır

Yeni nəslin formalaşdırılması üçün əlverişli şərait məhz indi mövcuddur. Lakin bu fürsət sonsuz deyil. Öz hisslərimə və hesablamalarıma əsasən deyə bilərəm ki, çox az vaxt qalıb. Hətta bu müddət cəmi bir il də çəkə bilər. Bundan sonra həmin qapılar birdəfəlik bağlanacaq.

Yeni dövr tam gücü ilə işə düşdükcə onun qaydaları və qanunları möhkəmlənəcək, reallığın strukturu sabitləşəcək. Nəticədə yeni təməllərin yaradılması üçün mövcud olan imkanlar da məhdudlaşacaq.

Bu keçid mərhələsi davam etdiyi müddətdə üzərinə belə bir məsuliyyət götürməyə hazır olan hər bir praktikant nadir fürsətdən yararlana bilər:

– Daxili biliklərinə və dövrün enerjisinə əsaslanaraq öz sehr sənətini sıfırdan yaratmaq;
– Əsrlər boyu formalaşmış doqmaların təsirindən azad yeni biliklər əldə etmək;
– Gələcək ənənənin əsas dayaqlarına çevriləcək yeni cadugər möhürləri, qıfılları və açarları qazanmaq.

Bu anın mahiyyəti

Tarixi dövrlərin qovşağında yeni bir nəsil yaratmaq sadəcə gözəl metafora və ya simvolik addım deyil. Bu, yeni eqreqorial axının formalaşdırılması istiqamətində aparılan ciddi və şüurlu fəaliyyətdir.

Bu yolda siz başqalarının qoyduğu ənənələri kor-koranə davam etdirən biri olmursunuz. Əksinə, qüvvələrlə qarşılıqlı əlaqənin istiqamətini və qaydalarını özünüz müəyyənləşdirən, özünəməxsus və qarışıq təsirlərdən uzaq bir sənətin əsasını qoyan qabaqcıl şəxsə çevrilirsiniz. Daha sonra bu bilikləri şagirdlərinizə və davamçılarınıza ötürürsünüz.

Düşünmək və uzun-uzadı tərəddüd etmək üçün vaxt qalmayıb. Fürsət qapısı məhz indi, burada açıqdır. Bu keçid mərhələsində atılan hər addım gələcəkdə hansı reallığın formalaşacağını müəyyən edə bilər.

Və bu reallıq mənim iradəmlə yaradılacaq.

Müəllif: Solomiay Kievskaiy
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*