Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcəkbackend

Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

KONKRET.az xəbər verir ki, ilk turun bütün oyunları eyni gündə keçiriləcək.

Görüşlər Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq.

G qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” Almaniyada “Frayburq”un qonağı olacaq.

Türkiyə klublarından “Fənərbağça” B qrupunda Ukraynanın “Dinamo” (Kiyev) klubunu qəbul edəcək. “Trabzonspor” isə Macarıstanda “Ferentsvaroş”la üz-üzə gələcək.

UEFA Avropa Liqası

Qrup mərhələsi, I tur

8 sentyabr

A qrupu

20:45. “Sürix” (İsveçrə) – “Arsenal” (İngiltərə)

20:45. PSV (Niderland) – “Budö Qlimt” (Norveç)

B qrupu

20:45. AEK (Larnaka, Kipr) – “Renn” (Fransa)

20:45. “Fənərbağça” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna)

C qrupu

20:45. “Ludoqorets” (Bolqarıstan) – “Roma” (İtaliya)

20:45. HİK (Finlandiya) – “Betis” (İspaniya)

D qrupu

20:45. “Malmö” (İsveç) – “Braqa” (Portuqaliya)

20:45. “Yunion” (Berlin, Almaniya) – “Royal Yunion” (Belçika)

E qrupu

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” (İspaniya)

23:00. “Omoniya” (Kipr) – “Şerif” (Moldova)

F qrupu

23:00. “Latsio” (İtaliya) – “Feyenoord” (Niderland)

23:00. “Şturm” (Avstriya) – “Midtüllan” (Danimarka)

G qrupu

23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

23:00. “Nant” (Fransa) – “Olimpiakos” (Yunanıstan)

H qrupu

23:00. “Srvena Zvezda” (Serbiya) – “Monako” (Fransa)

23:00. “Ferentsvaroş” (Macarıstan) – “Trabzonspor” (Türkiyə)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*