Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.
Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
