“Bu gün Qarabağ 1992-ci ilin yanvarında gördüyüm vəziyyətdədir”.
KONKET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma rejimin “müdafiə ordusunun keçmiş mətbuat katibi” Senor Asratyan öz Facebook səhifəsində yazıb.
“Bu gün “vətən”imiz Qarabağ 1992-ci ilin yanvarında gördüyüm vəziyyətdədir. İndiki kimi o zaman da düşmənimiz eyni və qəddar idi.
Bu gün olduğu kimi o vaxt da “vətən” mühasirədə, ehtiyac içində idi. O zaman, indiki kimi, dünya inqilabi yenidən formalaşma dövründə idi.
Bu gün olduğu kimi, o zaman da “vətən”ə rəğbət bəsləyən beynəlxalq ictimaiyyət var idi…
Və nəhayət, indiki kimi, o zaman da “vətən” müqavimət göstərmək əzmində idi.
Bütün bunlardan sonra sual yarana bilər, o zaman bu günlə dünənin nə fərqi var?
Cavab: o vaxt “vətən” milləti yaşatdı, amma bu gün yaşamaq üçün “vətən”i kəsirik.
Bu gün “vətən”in yaratdığı Ermənistan ordusunun günüdür”, – deyə Asratyan yazıb.
P.S. Çox “vətən, vətən” deyirsiz, 30 ildə “vətən”inizi necə saxladığınızı, qoruduğunuzu, inkişaf etdirdiyinizi bütün dünya gördü…
Xuraman Etibarlı,
KONKRET.az
