Bu gündən müəllimlərin işə qəbulu üzrə İMTAHANLAR BAŞLAYIRbackend

Bu gündən müəllimlərin işə qəbulu üzrə İMTAHANLAR BAŞLAYIR

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayır.

KONKRET.az xəbər verir ki, bu mərhələdə 46 228 namizəd iştirak hüququ qazanıb.

Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək.

İmtahana gələn namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları zəruridir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və şəxsi səhifədən çıxarışı özləri ilə gətirməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*