“Bu halda Rusiya ilə danışıqlardan imtina edəcəyik” – Zelenskidən KRİTİK AÇIQLAMAbackend

“Bu halda Rusiya ilə danışıqlardan imtina edəcəyik” – Zelenskidən KRİTİK AÇIQLAMA

Ukrayna prezidenti Volodimir  Zelenski Mariupoldakı Azovstal zavodunda mühasirəyə alınanların öldürüləcəyi təqdirdə Rusiya ilə danışıqlardan imtina edəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb:

“Əgər onlar (Rusiya – red.) yaralanan insanları, hərbçiləri və mülki şəxsləri öldürsələr, bundan sonra heç bir diplomatik danışıqlar apara biləcəyimizi düşünmürəm” – Zelenski vurğulayıb.

Zelenski əlavə edib ki, danışıqlarda hərbi əməliyyatları dayandırmaq və Ukrayna ərazilərini qaytarmaq üçün bir fürsət görünür. Ukrayna  diplomatik kanallar vasitəsilə öz qoşunlarının fevralın 23-dən, yəni xüsusi əməliyyat başlamazdan əvvəlki ərazilərə çıxarılmasına nail olmaq istəyir.

Tanınmamış DXR rəhbəri Denis Puşilin isə Mariupol zavodunun zirzəmilərində 400-ə yaxın əcnəbi muzdlunun olduğunu iddia edib.  Azov alayının qalıqlarının da orada olduğunu bildirib. Rusiya silahlı qüvvələri dəfələrlə Mariupolda bloklanan millətçi batalyonların yaraqlılarına və xarici muzdlulara silahlarını yerə qoymağı təklif edib. Bununla belə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkovun sözlərinə görə, Kiyev sənaye zonasında bloklanan yaraqlılara təslim olmaq üçün danışıqlar aparmağı qadağan edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*