“Bir daha sübut olundu ki, Ermənistan adlı dövlət qondarmadır. Rusiya ondan istədiyi məqsəd üçün yararlana bilir”.
Bu fikirləri KONKRET.az-a Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan səsləndirib.
Ermənistan qırıcılarının Rusiya tərəfdən Ukraynada istifadə olunmasını necə şərh edərdiniz? – sualına Sədrəddin Soltan belə cavab verib:
“Türkiyənin “Haber Global” telekanalı kəşfiyyat məlumatlarına istinadən, bildirib ki, dörd ədəd Su-30 tipli döyüş təyyarəsi martın 25-də Ermənistandan qalxaraq Ukraynaya qarşı istifadə olunmaq məqsədilə Rusiyaya yola düşüb. Bundan əlavə, Rusiya istehsalı olan qırıcıları xüsusi təlim görmüş erməni pilotlar idarə edəcək. Beləliklə, Ermənistan bu addımla Ukraynada işğala şərik, müharibənin isə tərəfi olub və növbəti dəfə regional sülhün yerinə münaqişəyə xidmət edib” – deyə Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri əlavə edib.
Sədrəddin Soltan xatırladıb ki, 2019-cu ilin yanvarında Rusiya ilə Ermənistan arasında “Su-30SM”in tədarükü ilə bağlı müqavilə imzalanıb. Bundan bir ay sonra rəsmi İrəvan 8 belə döyüş təyyarəsi əldə etmək niyyətində olduğunu bildirib.
“Müqavilə şərtlərinə əsasən, Ermənistana 4 ədəd “Su-30 SM” tədarük ediləcək. 2021-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyan Araqasotn vilayətinin Oqanavan kəndinin sakinləri ilə görüşdə 4 qırıcı əldə etdiklərini etraf edib. Ermənistanın bunu “F-14” və “F-15”lərə rəqib olaraq aldığı istisna olunmur. Ancaq hadisələr sübut etdi ki, bu döyüş maşınından Ermənistan deyil, Rusiya istifadə etmək niyyətində imiş. Başqa sözlə Moskva bunu Ermənistanın qonşuları olan Türkiyə, İran, Gürcüstan və Azərbaycana qarşı də tətbiq edə bilər. Çünki o təyyarələr sadəcə olaraq Ermənistan Silahlı Qüvvələrinin adına sənədləşdirilib, yaxud silah arsenalına daxil edilib” – deyə siyasi şərhçi deyib.
O qeyd edib ki, Ermənistanın bütünlükdə ixtiyarı Rusiyanın əlindədir. Ermənistan işğalçılıq siyasəti yürütdüyündən dünyanın hər yerində təcavüz və separatçılığı dəstəkləyir.
“Suriyadakı Bəşər Əsəd rejiminə hərbi yardm etməsi, İrəvanda Rusiyanın Ukraynadakı əməliyyatlarını dəstəkləyən aksiyaların keçirilməsi, Gürcüstandakı separatçıların müdafiə olunması və s. hadisələri buna örnək göstərmək olar. Bu onu göstərir ki, Ermənistandakı hakimiyyət Rusiya tabeliyində olan və sadəcə yerli sosial probemləri həll etmək istəyən bir təşkilatdır. Əsk halda Ermənistana aid qırıclar Rusiya tərəfdən Ukrayana qarşı hansı əsasla cəlb edilə bilərdi? Yox əgər, rəsmi İrəvan müstəqil dövlət olduqlarını iddia edərsə, o zaman Ukraynanın işğalında Ermənistanın da iştirakı təsdiqlənir. Başqa sözlə Rusya Ermənistanla birlikdə Ukraynaya təcavüz edir”.
Günel Mikayıl
KONKRET.az
