“Bu halda vətəndaş BOKT-u məhkəməyə verib hüququnu qoruya bilər” – VACİB AÇIQLAMAbackend

"Bu halda vətəndaş BOKT-u məhkəməyə verib hüququnu qoruya bilər" - VACİB AÇIQLAMA

Bank olmayan kredit təşkilatlarının (BOKT) borclunun ailə üzvlərinə və yaxınlarına zəng etməsi ilə bağlı məsələ son vaxtlar vətəndaşlar arasında ciddi narazılıq doğurur. Xüsusilə, gecikmiş kredit borcları zamanı yaxın şəxslərin narahat edilməsi həm hüquqi, həm də etik baxımdan müzakirələrə səbəb olur.

Bəs BOKT-ların borclunun yaxınları ilə əlaqə saxlaması qanunidirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu məsələdə əsas məqam şəxsi məlumatların hansı yolla əldə olunmasıdır:

Əkrəm Həsənov: “Bahalaşma olacaq” Pravda.az

“Əgər borclu özü yaxınlarının telefon nömrələrini təqdim edibsə, həmin şəxslərlə əlaqə saxlanılması qanunsuz hesab edilmir. Yəni vətəndaş kredit götürərkən əlavə nömrələr təqdim edibsə, bank və ya BOKT həmin şəxslərlə əlaqə saxlaya bilər.

Əgər bank və ya BOKT yaxınların nömrəsini özü tapıbsa və həmin şəxslərlə əlaqə saxlayırsa, bu, artıq qanunsuz sayılır. Bu, vətəndaşın şəxsi məlumatlarının və sirrinin onun razılığı olmadan üçüncü şəxslərə ötürülməsi deməkdir”.

Əkrəm Həsənov qeyd edib ki, belə hallarla qarşılaşan vətəndaşlar hüquqlarını müdafiə edə bilərlər:

“Vətəndaş bu məsələ ilə bağlı Mərkəzi Banka şikayət ünvanlaya bilər. Eyni zamanda məhkəməyə müraciət etmək hüququ da var.

Kredit təşkilatları borcun qaytarılması prosesində qanunvericiliyin tələblərinə riayət etməli, vətəndaşların şəxsi məlumatlarının toxunulmazlığını pozmamalıdır”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*