2023-cü ildə 49 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib.
KONKRET.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib.
1.800-dək aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 5.000 hektardan artıq torpaq sahəsinin geri qaytarıldığı bildirilib.
