2019-cu ildə dinc şəraitdə 32, 2023-də 53, bu ilin 5 ayında isə 30 hərbçi həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edək ki, mayın 7-də saat 14:00 radələrində müqaviləli əsgər Artak Seryojay Avalyanın (1985-ci il təvəllüdlü) güllə yarası ilə meyiti tapılıb.
Erməni KİV məlumat yayıb ki, bu addımı atmasına səbəb onun sosial durumu olub. Hüquq-mühafizə sistemindəki xəbərlərə görə, onun çoxlu borcu var imiş.
Yeri gəlmişkən, o, ailəli olub.
Məhz bu hadisədən sonra erməni mediasına yenidən əsgər ölümlərinin statistikasına diqqət yetirib.
Natiq Səlim,
KONKRET.az