Bu istiqamətdə sabah hərəkət qismən məhdudlaşdırılacaqbackend

Bu istiqamətdə sabah hərəkət qismən məhdudlaşdırılacaq

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrində yerüstü piyada keçidinin üst konstruksiyasının quraşdırılması ilə əlaqədar 24 aprel tarixində saat 05:00-dan 06:00-dək yolun qeyd edilən hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən saatlarda sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, – AAYDA-dan bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*