Paşinyan ETİRAF ETDİ: “Bu kəndlər heç vaxt Ermənistanda olmayıb”backend

Paşinyan ETİRAF ETDİ: “Bu kəndlər heç vaxt Ermənistanda olmayıb”

“Bu kəndlər heç vaxt Ermənistanda olmayıb”.

KONKRET.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Mülki Müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında çıxışı zamanı belə deyib.

O, həmçinin əlavə edib:

“Sülh proqramıyla bağlı bizi çox danlayırlar, çoxlu yalanlar deyirlər. Yeri gəlmişkən, əksər KİV-lərdə və müxalif siyasətçilərin çıxışlarında ən ifadəli yalan Ermənistan hakimiyyətinin Tavuş rayonunun 4 kəndini Azərbaycana verməsi barədə bəyanatlardır. Amma bu söhbətin reallıqla heç bir əlaqəsi yoxdur. Mən həmişə demişəm və bu gün də təkrar edirəm ki, Ermənistan Respublikasında heç vaxt Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı adında kənd olmayıb”, – deyə Paşinyan bildirib.

O əlavə edib ki, rəhbərlik etdiyi hökumətin adıçəkilən kəndlərin ərazilərinə heç vaxt iddiası olmayıb və indi də yoxdur.

“Bu, çox aydın şəkildə qeyd edilməlidir”, – deyə Ermənistanın baş naziri vurğulayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*