Bu kitab mağazaları da Elif Şafakın kitablarını boykot etdi – FOTObackend

Bu kitab mağazaları da Elif Şafakın kitablarını boykot etdi - FOTO

Xəbər verdiyimiz kimi, əslən Türkiyədən olan Böyük Britaniyanın məşhur yazarı Elif Şafak tvitterdəki 1.6 milyonluq sosial şəbəkə hesabında Şuşa şəhərində “dağıdılan” kilsədə violonçel ifa edən erməni musiqiçinin videosunu paylaşaraq, “barışa inanan və barışı müdafiədən əl çəkməyən hər kəs üçündür bu paylaşım… Dağıntılar arasında sənət, təşəkkürlər” şərhini yazmışdı.

KONKRET.az xəbər verir ki, Elif Şafakın bu addımı azərbaycanlı oxucular tərəfindən etirazla qarşılanıb.

“Libraff” mağazalar şəbəkəsi də buna cavab olaraq yazıçının kitablarının satışını dayandırıb.

“Libraff”dan sonra “BookZone”, “Kitabevim.az”, “Libraff” və “Ovod” mağazalarının bütün filialları Elif Şafakın kitablarının həm satışını, həm də tərcümələrini dayandırıb.

Qeyd edək ki, bu barədə mağazalar sosial şəbəkələrdəki hesablarında məlumat yayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*