Bu məşhurların qohumları şəhid olub – SİYAHIbackend

Bu məşhurların qohumları şəhid olub - SİYAHI

KONKRET.az xəbər verir ki, Kulis.az Qarabağ uğrunda gedən döyüşlərdə yaxınları şəhid olan məşhurları təqdim edib.

Xalq yazıçısı Sabir Əhmədlinin oğlu Məhəmməd Əhmədli 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Gallery

Xalq şairi Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli 1992- ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olub.

Gallery

Əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əliyev 1991-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Gallery

Əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Gallery

Xalq artisti Brilliant Dadaşovanın xalası oğlu Elçin 1992- ci ildə könüllü cəbhəyə yola düşüb və Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Gallery

Əməkdar artist Məsmə Aslanqızının atası Aslan Ağaverdiyev 20 yanvar faciəsi zamanı şəhid olub.

Gallery

Aktyor Kamran Ağabalayevin qardaşı Gülağa Ağabalayev 1992-ci ildə Qarabağ müharibəsində şəhid olub.

Gallery

Aktyor Elşən Orucovun dayısı Elman Zeynalov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Gallery

Müğənni Leyla Ramazanlının atası Nurəddin Ramazanov 1992- ci ildə Laçın və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə şəhid olub.

Gallery

Tanınmış blogger Günel Hümbətova və teleaparıcı Mehin Hümbətovanın atası Məhəddin Hümbətov 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

Gallery

Müğənni Təranə Qumralın qardaşı Firdovsi Məmmədov Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Qeyd edək ki, Firdovsi Məmmədov Milli Ordunun ilk şəhididir.

Gallery

Müğənni Elariz Məmmədoğlunun qardaşı 1991-1992- ci illərdə Qarabağ müharibəsi zamanı qızğın döyüşlərin getdiyi ərazilərdə itkin düşüb. Müğəni müsahibələrinin birində atasının qardaşına görə 14 il saqqal saxladığını bildirib.

Gallery

Teleaparıcı Nanə Ağamalıyevanın qardaşı da Qarabağda şəhid olub. Aparıcı müsahibələrindən birində qardaşının 6 əsgər yoldaşı ilə birlikdə şəhid olduğunu açıqlayıb.

Gallery

Aktyor Kənan Yusifin atası Elxan Yusifov Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Gallery

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*