“Bu, nə ABŞ-ın, nə də Avropanın marağındadır” – Vensbackend

"Bu, nə ABŞ-ın, nə də Avropanın marağındadır" - Vens

Avropa ölkələrinin təhlükəsizlik məqsədilə ABŞ-dan daimi asılılığı nə Avropanın, nə də onun ölkəsinin maraqlarına uyğun deyil.

KONKRET.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti J.D.Vens bəyan edib.

“Avropa liderləri beynəlxalq arenada “daha müstəqil” hərəkət etsələr və qeyri-qanuni miqrasiya ilə bağlı seçicilərinin tələblərini dinləsələr, ABŞ-Avropa dostluğu davam edə bilər”.

Avropa mədəniyyətini və insanlarını çox sevdiyini bildirən Vens ABŞ və Avropa arasında “gərginliyin” bu ölkələrin liderlərindən qaynaqlandığını qeyd edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*