Yunanıstanda COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayında artım olduğu bildirilir.
Yunanıstan Səhiyyə Təşkilatının dərc etdiyi həftəlik hesabata görə, 10-16 iyun tarixləri arasında COVID-19 epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub.
Qeyd olunub ki, 10-16 iyun tarixləri arasında COVID-19 səbəbindən 5 nəfər dünyasını dəyişib.
Əvvəlki dörd həftə ərzində xəstəxanaya yerləşdirilmələrin orta sayının 166 nəfər olduğu açıqlanıb.
azpolitika.info