Azərbaycanlı kişi kamera önündə qadının başını KƏSDİ-ŞOK GÖRÜNTÜbackend

Azərbaycanlı kişi kamera önündə qadının başını KƏSDİ - ŞOK GÖRÜNTÜ

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı kişi keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürüb. Hadisə noyabrın 12-də Vavilovlar küçəsində, qadınlara yardım mərkəzinin qarşısında baş verib.

KONKRET.az ajans.az-a istinadən xəbər verir ki, 28 yaşlı Yaqub Süleymanov 27 yaşlı keçmiş qeyri-rəsmi həyat yoldaşına səkkiz bıçaq zərbəsi endirib və onun boğazını kəsib.

Ağır yaralanan qadın xəstəxanaya çatdırılarkən yolda həyatını itirib.

Məlumata görə, qadın əvvəllər dəfələrlə həyat yoldaşı tərəfindən döyüldüyü üçün ondan ayrılaraq qadınlara yardım mərkəzinə sığınıb. Lakin keçmiş həyat yoldaşı onun yerini müəyyənləşdirib.

Hücumdan sonra avtomobillə hadisə yerindən qaçan Süleymanov təxminən yarım saat sonra polisə zəng edərək törətdiyi cinayəti etiraf edib. O, daha sonra saxlanılıb.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Yaqub Süleymanov Azərbaycanda anadan olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*