Bu ölkə də Putin, Lavrov, Şoyqu və Medvedevə qarşı sanksiyalar TƏTBİQ ETDİbackend

Bu ölkə də Putin, Lavrov, Şoyqu və Medvedevə qarşı sanksiyalar TƏTBİQ ETDİ

Yaponiya Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar hökumətin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təfərrüatlarını açıqlayıb.

KONKRET.az-ın məlumatına görə, Rusiya rəhbərliyinin altı nümayəndəsi, xüsusən də prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu şəxsi sanksiyalara məruz qalıb.

Bundan başqa, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də “qara siyahı”ya düşüb.

Onların Yaponiyadakı aktivləri aşkar edilərsə, dondurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*