Bu ölkə ilə viza rejimi ləğv oluna bilərbackend

Bu ölkə ilə viza rejimi ləğv oluna bilər

Azərbaycan və Seneqal arasında turist axınının asanlaşdırılmasına, vizasız və ya sadələşdirilmiş səfərlərin mümkün olmasına yönəlmiş ikitərəfli sazişin imzalanması nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, bu sözləri Seneqalın Türkiyə, Azərbaycan, Türkmənistan və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Sohna Diop Report-a müsahibəsində deyib.

Səfir iki ölkə arasındakı turizm əlaqələrinə toxunub:

“Bu səfərlər çərçivəsində Azərbaycan və Seneqal arasında turist axınının asanlaşdırılmasına, vizasız və ya sadələşdirilmiş səfərlərin mümkün olmasına yönəlmiş ikitərəfli saziş imzalamağı planlaşdırırıq. Məqsədimiz iki ölkə arasında səyahətləri mümkün qədər asanlaşdırmaq, azərbaycanlıları Seneqala, seneqallıları isə Azərbaycana səfər etməyə təşviq etməklə qarşılıqlı turizm mübadiləsini inkişaf etdirməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*