Bu ölkə nüvə təhdidinə qarşı yeraltı sığınacaqlar TİKİRbackend

Bu ölkə nüvə təhdidinə qarşı yeraltı sığınacaqlar TİKİR

Yaponiya Müdafiə Nazirliyi yeni tikilmiş hərbi obyektlərini yeraltı sığınacaqlarla təchiz etmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə “Sankei” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu sığınacaqlar nüvə silahının tətbiqi zamanı mülki əhalini qorumaq üçün nəzərdə tutulub.

Qəzet yazır ki, indiyədək Yaponiyada sığınacaqların təchiz edilməsi ilə mülki hakimiyyət orqanları məşğul olub. Həmin sığınacaqların yalnız 3%-i güclü partlayışlara və raket zərbələrinə tab gətirə bilər.

Qeyd edək ki, Yaponiya Silahlı Qüvvələri hazırda 23 mindən çox müxtəlif hərbi obyektlərə malikdir. Bunların 40%-i 1981-ci ildən əvvəl tikilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*