Bu ölkə prezidenti öz maaşını 40 faiz azaltdıbackend

Bu ölkə prezidenti öz maaşını 40 faiz azaltdı

Liberiya Prezidenti Cozef Boakai aylıq maaşını 40% azaldıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Maghreb Arabe Presse” xəbər agentliyi məlumat yayıb.

Boakai deyib ki, onun qərarları nümunə göstərmək, hökumətin hesabatlılığını gücləndirmək və ölkə xalqı ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır.

Onun sözlərinə görə, elan edilən tədbirlər məsuliyyətli idarəetmə və dövlət quruculuğunda presedent yaratmaq məqsədi daşıyır.

Bundan əlavə, Liberiya lideri dövlət qulluğu agentliyinə dövlət qulluqçularının maaşlarının milli iqtisadiyyatın vəziyyətinə uyğunluğunu yoxlamağı tapşırıb.

Qeyd edək ki, BMT təsnifatına görə, Liberiya ən az inkişaf etmiş ölkələr sırasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*