Bu ölkə Putinə dəstəyi artırıb – ABŞ kəşfiyyatıbackend

Bu ölkə Putinə dəstəyi artırıb - ABŞ kəşfiyyatı

Çinin Rusiya ilə iqtisadi əlaqələri Ukrayna müharibəsinə görə Qərbin Moskvaya tətbiq etdiyi sanksiyaları zəiflədir.

KONKRET.az Novator.az-a istinadən xəbər verir ki, ABŞ kəşfiyyatının iyulun 27-də açıqladığı hesabatda belə deyilir.

Bildirilir ki, 2022-ci ilin fevralında prezident Vladimir Putin Ukrayna ilə total müharibəyə başlayandan Çin Rusiyanın daha mühüm iqtisadi tərəfdaşına çevrilib. Qeyd olunur ki, Pekin Moskvaya müxtəlif formalarda dəstək verir və həmin mexanizmlər sayəsində Qərbin iqtisadi sanksiyalarının təsiri, o cümlədən Rusiyadan ixraca nəzarət zəifləyir.

ABŞ kəşfiyyatının məxfi hesab edilməyən hesabatını Demokratlar Partiyasından olan konqresmenlər açıqlayıblar.

Rusiya dünyada ən çox sanksiyaya məruz qalan ölkədir. 2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edəndə dünya birliyi (ABŞ və Avropa başda olmaqla) Rusiyaya üç minə yaxın sanksiya qoymuşdu. 2022-ci il fevralın 24-də Ukraynaya qarşı total müharibəyə başlayandan Rusiyaya tətbiq olunan sanksiyaların sayı 13 mini ötüb.

  • Ağa Gülağa
    İyul 29, 2023 - 06:06

    Nəticəsi Rusiyada özünü açıq göstərir və dərinləşir

  • Vuqar
    İyul 30, 2023 - 13:24

    Sanksiyalar nə qədər güclü olur olsun bunların çörək-yag və ən əsası samoqonlari olacaq!Kimsə söyləsə ki,iqtisadiyyatlari çökəcək? Bu bədbəxtlərdə nə vaxt iqtisadiyyat olub?😁

  • Vuqar
    İyul 30, 2023 - 13:31

    Prezidentlər ölkələrini ağılla idarə edib irəli aparırlar .putin isə öz emosiyalarilə rusiyanı 3.cu sort dövlətə cevirməkdədi,bu adamın danışdığı yalanların sayı-hesabı yoxdu sanki rus vətəndaşlarının dilini-agzini bağlayıb bu əbləh! Bir balaca vətənini sevən adam çoxdan istefa verib getmişdi bilə-bilə ki, bütün işlər bunun başındadır!İnsanda həyasızlığın səviyyəsinə baxın ki, bütün baş verən hadisələri rus dövlətinin dağılmasına görə baş verdiyini insanların beyninə yeritməyə calisir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*