Bu ölkə Rusiya qırıcısının ilk müştərisi oldubackend

Bu ölkə Rusiya qırıcısının ilk müştərisi oldu

Əlcəzair Rusiyadan beşinci nəsil “Su-57E” qırıcılarının alınmasını təsdiqləyib və bununla da Rusiya istehsalı olan belə təyyarələrin ilk müştərisi olub.

KONKRET.az xəbər verir ki, bu barədə Əlcəzairin dövlət televiziyası məlumat yayıb.

Qeyd edilib ki, Əlcəzair hərbi pilotları hazırda “Su-57”-nin pilotajı üçün təlim keçir. Alınan qırıcıların sayı məlum deyil.

Rusiya təyyarələrinin Əlcəzairə ilk tədarükü 2025-ci ilə planlaşdırılıb. Bir sıra nəşrlər ilk təyyarənin 2025-ci ilin sonunda təhvil veriləcəyini qeyd edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*