Bu ölkədə 4 günlük iş həftəsi sınaqdan keçiriləcəkbackend

Bu ölkədə 4 günlük iş həftəsi sınaqdan keçiriləcək

İspaniyanın Valensiya şəhəri 4 günlük iş həftəsini tətbiq etmək üçün təcrübəyə başlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Valensiya Şəhər Şurası aprelin 10-dan mayın 7-dək davam edəcək bir yenilik təqdim edib.

“Valensiya həftədə 32 saatlıq iş rejimini bir ay sınaqdan keçirən dünyada ilk şəhər olacaq”, – məlumatda deyilir.

Bildirilib ki, dörd həftə ərzində hər bazar ertəsi rəsmi tətil elan edilib.

Təcrübə zamanı rəsmilər qısaldılmış iş həftəsinin sakinlərin sağlamlığına, rifahına, ətraf mühitə və şəhər iqtisadiyyatına təsirini təhlil etmək istəyirlər. Nəticələr 2023-cü ilin iyul ayında təqdim olunacaq.

Belə ki, proqram əsasən bayramların bu ayın üç bazar ertəsinə təsadüf etməsi ilə əlaqədar təşkil edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*