Bu ölkədə ekoloji polis yaradıldıbackend

Bu ölkədə ekoloji polis yaradıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Monqolustan Hökumətinin yanvarın 6-da keçirilən iclasında ölkənin polis strukturunda ekoloji polis bölməsinin yaradılması qərara alınıb.

Hökümət qərarı ilə polis üçün cəmi 170 yeni vəzifə təsdiqlənir.

Bölmə ətraf mühitin qorunması, bu növ cinayət və qarşıdurmanın qarşısının alınması və ətraf mühitə vurulan zərərin azaldılması üçün çalışacaq.

Xüsusilə, əməliyyat qrupları, müfəttişlər və polislər 11 polis məntəqəsində çalışacaqlar; Arxanqay, Bayankhongor, Bulgan, Darhan-Uul, Dornod, Övörhangay, Ömnöqov, Töv, Selenga, Khubsugul və Hentii.

Bundan əlavə, 78 müfəttiş meşə fondu olan və kəşfiyyat və istismar üçün lisenziyaları olan müəssisələrdə işləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*