Portuqaliyada anomal istilər 1063 nəfərin ölümünə səbəb olub.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son bir həftə ərzində Portuqaliya son 14 ilin ən isti günlərini yaşayır.
Yüzlərlə xəstənin günvurma diaqnozu ilə səhiyyə ocaqlarına yerləşdirildiyi bildirilib.
