Makao Administrasiyasının rəhbəri Xe İcen koronavirusun yayılmasının qarşısını almaq üçün şəhərin bütün kazinolarını iki həftə müddətinə bağlamaq qərarına gəlib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə RTHK nəşri yayıb.
Qeyd edilir ki, Makao ictimai nəqliyyatının da yerdəyişməsi məhdudlaşdırılacaq.
Həmçinin, şəhər hakimiyyəti insanları “bu kritik vəziyyət”də evdə qalmağa və yalnız yemək üçün küçəyə çıxmağa çağırdı.
Makaoda 10 nəfər koronavirusa yoluxub.
Babək Göyüş
KONKRET.az
